Modern.az

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA

Ölkə

14 Sentyabr 2026, 20:35

Bakı şəhəri, Nərimanov rayon sakinləri suyun verilişində fasilələrin olmasından şikayətçidirlər.

Modern.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, Əliyar Əliyev küçəsi, 14 ünvanında su ilə təchiz olunmada problem yaşayırlar.

Onların sözlərinə görə, aidiyyəti üzrə müraciət etsələr də, problemin həlli istiqamətində hər hansı iş görülməyib.

Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki yaşayış binasına baxış keçirilib:

"Suyun gəlməməsinə səbəb ola biləcək məqamlar araşdırılır, xətlər yoxlanılır. Müvafiq işlər görüləcək, problem aradan qaldırılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı