Modern.az

VTB İrana görə sanksiyaya düşdü - Azərbaycanda da fəaliyyət göstərir

VTB İrana görə sanksiyaya düşdü - Azərbaycanda da fəaliyyət göstərir

Ölkə

Bu gün, 23:40

ABŞ Rusiyanın VTB bankına qarşı İranla bağlı yeni sanksiya tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Bildirilib ki, VTB İrana qarşı mövcud sanksiyalardan yayınmağa kömək etdiyi üçün ABŞ-ın sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, nazirlik İran rejiminə maddi, texnoloji və ya maliyyə dəstəyi verən şəxslərə və qurumlara qarşı tədbirləri davam etdirəcək.

Qeyd edək ki, Rusiyanın VTB Bankının Azərbaycanda da törəmə bankı fəaliyyət göstərir. VTB Bank Azərbaycanın açıqladığı maliyyə məlumatlarına əsasən, bankın əsas səhmdarı Rusiyanın VTB Bankıdır və Azərbaycan bankının səhmlərinin 99,99 faizi Rusiya VTB-sinə məxsusdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC