Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əməkdaşlığın olmadığı zəmanədə əməkdaşlıq gündəliyi" mövzusunda təşkil olunan Dünya İqtisadi Liderlərinin qeyri-rəsmi naharında iştirak edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, yüksəksəviyyəli naharda siyasətçilər, biznes liderləri və müxtəlif sektorlardan olan ekspertlər bir araya gəliblər.
Görüşdə dünyanın bu gün üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının həlli yolları müzakirə olunub və fikir mübadiləsi aparılıb.