Modern.az

Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşüb

Ölkə

23 Sentyabr 2026, 19:26

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Serbiyanın xarici işlər naziri Marko Curiçlə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin mühüm rolunu vurğulayıblar.

Həmçinin Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?