Modern.az

Özünüməşğulluq proqramı ilə verilən inək tələf oldu – VİDEO

Özünüməşğulluq proqramı ilə verilən inək tələf oldu – VİDEO

Ölkə

Bu gün, 13:30

Göygöl rayon sakininə özünüməşğulluq proqramı çərçivəsində verilən üç inəkdən biri təhvil aldıqdan cəmi bir həftə sonra tələf olub.

Modern.az xəbər verir ki,  hadisə Kəlbəcər rayonundan olan və Göygöl rayonunun Mollacəlilli kəndində məskunlaşan Təbiət Cəfərovun təsərrüfatında olub.

O, özünüməşğulluq proqramı çərçivəsində mal-qara almaq üçün müraciət edib və iki il gözləyib. Nəhayət, üç inək alan sakinin sevincinin ömrü uzun çəkməyib-heyvanlardan biri təhvil aldıqdan cəmi bir həftə sonra tələf olub.

Hadisədən sonra vətəndaş aidiyyəti qurumların yerli bölmələrinə müraciət edib. Bundan sonra mütəxəssislər tərəfindən heyvana baxış keçirilib, müvafiq müayinə və sənədləşmə işləri aparılıb: "Bakıdan, məşğulluqdan deyirlər ki, bu malın orqan şəklini bizə göndərməmisiniz. Bu səbəbə görə də imtina veriblər. Mən də bunu saxlamaq istəyirəm və nə qədər ot-alaf almışam”.

Dövlət Məşğulluq Agentliyindən isə bildirilib ki, məsələ araşdırılır və vətəndaşın problemi yaxın zamanda həll olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər