Modern.az

Direktor olmaq istəyənlər bu cür qiymətləndiriləcək

Direktor olmaq istəyənlər bu cür qiymətləndiriləcək

Təhsil

Bu gün, 16:00

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində namizədlər yeddi meyar üzrə qiymətləndiriləcəklər.

Modern.az xəbər verir ki, müsahibədə namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, eləcə də ünsiyyət və əlaqə qurmaq bacarıqları nəzərə alınacaq. Onların problemləri həll etmək və qərar vermək qabiliyyəti, rəqəmsal və texnoloji bilikləri, sosial və emosional bacarıqları da qiymətləndiriləcək.

Eyni nəticə göstərən namizədlər arasında seçim zamanı ilk növbədə daha yüksək balı olan şəxsə üstünlük veriləcək. Sonrakı meyarlar ardıcıllıqla magistr dərəcəsinin olması, pedaqoji stajın və rəhbər vəzifədə iş təcrübəsinin daha çox olmasıdır.

Sizə yeni x var
Keçid et
Deputatla canlıda gərgin müzakirə - Ölkədə nə baş verir?