Modern.az

David Tonayana yeni ittiham irəli sürülüb

David Tonayana yeni ittiham irəli sürülüb

Dünya

Bu gün, 16:11

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə işi üzrə yeni ittiham irəli sürülüb.

Modern.az xəbər verir ki, bu barədə məlumatlar Ermənistanın məhkəmə-hüquq informasiya sistemi olan “Datalex”in saytında dərc olunub.

İş materiallarına əsasən, Tonoyan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Eyni iş üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Noravar Yolçyan da təqsirləndirilir. Ona Tonoyana kömək etməkdə ittiham irəli sürülüb.

İttiham tərəfinin versiyasına görə, hər iki şəxsin hərəkətləri dövlətin qanuni maraqlarına ciddi ziyan vurub və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

Cinayət işi noyabrın 24-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Aram Qriqoryanın icraatına verilib.

Qeyd edək ki, David Tonoyan 2021-ci ilin sentyabrında yararsız aviasiya sursatlarının satın alınması ilə bağlı cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunub. Həmin iş çərçivəsində sabiq nazir həbs edilib. 2024-cü ilin avqustunda isə girov müqabilində azadlığa buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatla canlıda gərgin müzakirə - Ölkədə nə baş verir?