Modern.az

Araz Ağalarov övladlarından danışdı

Araz Ağalarov övladlarından danışdı

Ölkə

Bu gün, 02:51

Xalq artisti Emin Ağalarovun atası, iş adamı Araz Ağalarov övladlarının tərbiyəsi və onlara yanaşması barədə danışıb.

Modern.az xəbər verir ki, Araz Ağalarov Eminin uğurlarını öz zəhməti ilə qazandığını bildirib.

“Emin hər şeyi özü edib, ona kömək etməmişəm. Mən uşaqlarıma bir yana, həyat yoldaşıma da qadağa qoymamışam. Onları vaxtında ata kimi böyütdüm. Heç nəyə irad bildirmədim” deyə, iş adamı bildirib.

Emin Ağalarov isə atasının fikirlərinə münasibət bildirərək onun tərbiyə prinsiplərinin insanın gələcək qərarlarına təsir etdiyini vurğulayıb:

“Atamın həmişə öz prinsipləri və xüsusi tərbiyə yanaşması olub. İnsan böyüyərkən və artıq yetkin yaşlarında hansı qərarları verirsə, bunda çox şey məhz həmin yanaşmadan asılıdır”.

(Axşam)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər