Modern.az

Azərbaycan – Qırğız İnkişaf Fondunun kapitalı ikiqat artırılır

Azərbaycan – Qırğız İnkişaf Fondunun kapitalı ikiqat artırılır

Ölkə

Bu gün, 11:59

Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarından 200 milyon ABŞ dollarına artırılması ilə bağlı saziş təsdiqlənib.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.

Azərbaycan hökuməti ilə Qırğızıstanın Nazirlər Kabineti arasında imzalanmış İkinci Əlavə Saziş iki ölkənin investisiya əməkdaşlığının genişləndirilməsinə və birgə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlib.

Dəyişikliklə Fondun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişdə və Fondun Nizamnaməsində göstərilən kapital məbləği 200 milyon ABŞ dolları ilə əvəz edilir. Nizamnamə kapitalı əvvəlki əlavə sazişlə 2024-cü ildə 100 milyon ABŞ dolları müəyyənləşdirilmişdi.

Qeyd edək ki, İkinci Əlavə Saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi