Modern.az

Qoşulmama Hərəkatının Gənclər Katibliyinə hüquqi status verilir

Qoşulmama Hərəkatının Gənclər Katibliyinə hüquqi status verilir

Ölkə

Bu gün, 12:10

Milli Məclis Azərbaycan hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında təşkilatın Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib.

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunaraq qəbul edilib.

2026-cı il sentyabrın 10-da Bakıda imzalanmış saziş Katibliyin Azərbaycandakı fəaliyyətinin hüquqi əsaslarını, onun binalarının və əməkdaşlarının statusunu, imtiyaz və immunitetlərini müəyyənləşdirir.

Sənədə əsasən, Katiblik hüquqi şəxs statusuna malik olacaq. O, müqavilələr bağlamaq, torpaq sahələri istisna olmaqla daşınar və daşınmaz əmlak əldə etmək, həmin əmlak barəsində sərəncam vermək və məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

Sazişdə Katibliyin binaları, arxivləri və sənədlərinin təşkilatın məqsədlərinə uyğun istifadə olunması şərtilə toxunulmazlığı nəzərdə tutulur. Əməkdaşlara verilən imtiyaz və immunitetlər isə onların xidməti funksiyalarını yerinə yetirməsinə xidmət edir.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Nizamnaməsi təşkilatın qərargahının Bakıda yerləşməsini nəzərdə tutur. Təşkilat 2022-ci il iyulun 29-da Şuşada qəbul edilmiş Şuşa Akkordu ilə təsis edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi