Modern.az

Azərbaycanın türk dövlətləriylə əməkdaşlığı müzakirə olundu

Azərbaycanın türk dövlətləriylə əməkdaşlığı müzakirə olundu

Ölkə

Bu gün, 12:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində türkmənistanlı və özbəkistanlı həmkarı ilə görüşüb.

Modern.az xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.

"Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə üçtərəfli görüş keçirməkdən məmnun oldum.

Ölkələrimiz arasında ortaq tarixə, qarşılıqlı etimada və ümumi regional maraqlara əsaslanan qardaşlıq əlaqələrini və strateji əməkdaşlığı daha da gücləndirmək əzmimizi bir daha təsdiqlədik.

Üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, enerji və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də regional və regionlararası nəqliyyat dəhlizlərinin potensialından tam istifadə edilməsi məsələlərini müzakirə etdik.

Regional bağlantıların, iqtisadi inkişafın və sabitliyin təşviqi məqsədilə davamlı siyasi dialoqun, daha sıx koordinasiyanın və birgə səylərin vacibliyini vurğuladıq", - paylaşımda qeyd olunub.


1555571

1555569

1555568

1555567

1555566

1555565

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Güneylilərdən Türkiyəyə sərt etiraz - Zülmlərimizə niyə susursunuz?