Modern.az

Bərbər və gözəllik salonlarına vergi güzəşti tətbiq ediləcək

Bərbər və gözəllik salonlarına vergi güzəşti tətbiq ediləcək

Ölkə

Bu gün, 09:23

Azərbaycanda bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin fəaliyyəti ilə bağlı vergitutma qaydaları dəyişdirilir.

Modern.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən beş il müddətinə bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərə sadələşdirilmiş vergi üzrə yeni imkan yaradılacaq.

Belə ki, həmin fəaliyyət növləri üzrə ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların həcmi 200 min manatı keçsə də, sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edə biləcəklər.

Yeni qaydalara əsasən, bu fəaliyyətlərdən əldə edilən gəlirlər üzrə sadələşdirilmiş verginin dərəcəsi 8 faiz olacaq.

Bununla yanaşı, əhaliyə göstərilən xidmətlərə görə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan gəlirlərə 6 faizlik vergi dərəcəsi tətbiq ediləcək.

Həmin güzəştin də 2027-ci il yanvarın 1-dən beş il müddətinə qüvvədə olması nəzərdə tutulur.

Nağdsız ödənişlərin bu qayda ilə vergiyə cəlb edilməsi üçün POS-terminalın nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilməsi tələb olunacaq.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!