Modern.az

Otel və sanatoriyaların vergi güzəştləri ilə bağlı dəyişiklik

Otel və sanatoriyaların vergi güzəştləri ilə bağlı dəyişiklik

Ölkə

Bu gün, 09:22

Azərbaycanda regionlarda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar üçün əmlak vergisi güzəştinin müddətinin uzadılması təklif olunur.

Modern.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinin 199.21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Mövcud qanunvericiliyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana və sanatoriya fəaliyyəti üçün istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən üç il müddətinə 75 faiz azaldılıb.

Yeni layihəyə əsasən, həmin güzəştin müddəti üç ildən altı ilə artırılır.

Beləliklə, təklif qəbul olunarsa, müvafiq ərazilərdəki otel və sanatoriyalar 2029-cu ilin sonunadək əmlak vergisini 75 faiz güzəştlə ödəmək imkanı əldə edəcəklər.

Güzəşt sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə istifadə edilməyən daşınmaz əmlaka şamil olunmur.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrandan şok xəbərdarlıq - Hazır olun, vuracağıq!