Modern.az

Lizinq fəaliyyəti üçün dövlət rüsumu müəyyən edilir 

Lizinq fəaliyyəti üçün dövlət rüsumu müəyyən edilir 

Parlament

Bu gün, 14:05

Azərbaycanda maliyyə icarəsi (lizinq) fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün dövlət rüsumu tətbiq edilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan  “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi dövlət rüsumuna cəlb olunacaq.

Təklif olunan dəyişikliyə görə, bu xidmət üzrə dövlət rüsumunun məbləği 550 manat müəyyən edilir.

Qeyd olunur ki, bu dəyişiklik “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi ilə paralel şəkildə tətbiq ediləcək və lizinq fəaliyyətinin dövlət qeydiyyatı mexanizmini tənzimləyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!