Modern.az

Zimbabve parlamentinin sədri Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib

Zimbabve parlamentinin sədri Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib

Parlament

Bu gün, 15:38

Azərbaycanda rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.

Modern.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Səfər çərçivəsində qonaqlar Bakıda yerləşən Zəfər parkını da ziyarət ediblər. Nümayəndə heyəti abidə önünə əklil qoyub.

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi və şəhidlərin xatirəsinin yaşadılması məqsədilə yaradılan Zəfər parkı barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər müşayiət ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV