Azərbaycanda hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyən edilir.
Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün 2750 manat dövlət rüsumu müəyyən edilir.
Məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.