Modern.az

LGBT təbliğatını qadağan edən qanun Milli Məclisə daxil olmayıb

LGBT təbliğatını qadağan edən qanun Milli Məclisə daxil olmayıb

Parlament

Bu gün, 15:01

Azərbaycanda LGBT təbliğatının qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə məlumatlar yayılıb.

Mediada yayılan xəbərlərdə LGBT münasibətlərinin təbliği hesab edilən məzmunun mediada, internetdə, reklam və filmlərdə məhdudlaşdırılacağı, məktəblərdə isə qadağan olunacağı iddia edilir. Həmçinin pozuntulara görə cərimələrin və digər inzibati tədbirlərin tətbiq ediləcəyi bildirilir.

Modern.az -a açıqlama verən deputatlar belə bir qanun layihəsi barədə məlumatlarının olmadığını bildiriblər.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mövzu ilə bağlı məlumatsız olduğunu deyib:

“Belə bir qanunla bağlı bilgim yoxdur. Məlumatım olmayan bir şey haqqında danışa bilmərəm”- deyə o qeyd edib.

İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə üzvü olduğu komitələrdə belə bir layihənin müzakirə edilmədiyini vurğulayıb:

“Bu barədə müzakirələr var. Amma belə qanun yoxdur. Bu barədə rəsmi məlumat da yoxdur. Hətta ehtimal ki, "fake" məlumatdır. Çünki üzv olduğum komitələrin heç birində bu barədə qanun layihəsi danışılmayıb”.

Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Jalə Əliyeva da sözügedən layihə ilə tanış olmadığını bildirib:

“Sözügedən qanun layihəsi ilə tanış deyiləm. Bu mövzu haqda məlumatım yoxdur. Komitələrdə də müzakirə edilməyib”.

Beləliklə, açıqlama verən deputatlar mediada yayılan məlumatı təsdiqləməyiblər.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər