Modern.az

Ermənilərin Qarabağda səngər qazmasının qarşısı ALINDI

Ermənilərin Qarabağda səngər qazmasının qarşısı ALINDI

Qarabağ

15 Fevral 2022, 19:49

Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - deyə məlumatda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri