Modern.az

Fransızlar Zəngəzurda tunel inşa edəcək

Fransızlar Zəngəzurda tunel inşa edəcək

Qərbi Azərbaycan

Bu gün, 15:34

Ermənistan və Fransa arasında nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş yeni razılaşma əldə olunub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

O qeyd edib ki, mayın 5-də Fransanın lideri Emanuel Makronun dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunan Bərgüşad tunelinin tikintisinə dair saziş də yer alıb.

Onun sözlərinə görə, layihə Ermənistanın tranzit imkanlarının genişləndirilməsi və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. 

Qeyd edək ki, Bərgüşad tuneli Zəngəzur silsiləsində yerləşir və Qərbi Zəngəzurun Qacaran, Qafan və Sisian rayonlarının ərazisini əhatə edir.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV