Modern.az

Ermənistanla Aİ viza rejimini sadələşdirə bilər

Ermənistanla Aİ viza rejimini sadələşdirə bilər

Dünya

Bu gün, 15:46

Avropa Komissiyasının sədri Ursula fon der Layen Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib və Ermənistan–Aİ sammitindən sonra keçirilən mətbuat konfransının videoyazısını da postuna əlavə edib.

Fon der Layen qeyd edib ki, viza rejiminin sadələşdirilməsi Ermənistan vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır:

“Biz viza rejiminin liberallaşdırılması sahəsində irəliləyiş görürük. Bilirəm ki, bu, ermənilər üçün çox vacibdir. Bu, Avropa İttifaqı üçün də önəmlidir, çünki xalqlarımızı daha da yaxınlaşdırır. Əminəm ki, biz buna nail olacağıq”.

Avropa Komissiyasının sədri həmçinin Ermənistan–Aİ ilk sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Ermənistanı investisiyalar üçün daha cəlbedici ölkəyə çevirmək niyyətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV