Modern.az

İranla münaqişə daha iki-üç həftə davam edəcək - Tramp

İranla münaqişə daha iki-üç həftə davam edəcək - Tramp

Dünya

Bu gün, 15:39

“Biz artıq hərbi baxımdan qalib gəlmişik… Vaxtın bizim üçün əhəmiyyəti yoxdur”.

Modern.az xəbər verir ki, bunu “The Hugh Hewitt Show” proqramına müsahibəsində ABŞ prezidenti Donald Tramp İranla mühairə barədə deyib.

O bildirib ki, İranla hərbi münaqişə daha iki-üç həftə davam edəcək, lakin “Amerika tərəfi artıq qələbə qazanıb.

ABŞ prezidenti jurnalistin İran ilə ABŞ arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinin İslam Respublikası tərəfindən atəşə tutulmasından sonra atəşkəsin başa çatması ilə bağlı sualını cavablandırmayıb.

Mayın 4-də İranın pilotsuz uçuş aparatları BƏƏ-yə zərbə endirib. Hücum nəticəsində Fuceyra limanının neft sənaye zonasında yanğın başlayıb. Üç Hindistan vətəndaşı xəsarət alıb. Əmirliklərin hava hücumundan müdafiə qüvvələri gün ərzində 15 raket və 4 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV