Modern.az

İranın vurduğu neft obyektində yanğın söndürüldü

İranın vurduğu neft obyektində yanğın söndürüldü

Dünya

5 May 2026, 15:26

İranın BƏƏ-də yerləşən "Fuceyrə" neft obyektinə hücumundan sonra baş verən yanğın nəzarət altına alınıb.

Modern.az xəbər verir ki, bu barədə BƏƏ rəsmiləri məlumat yayıb.

Bildirilib ki, xəsarət alan üç Hindistan vətəndaşı hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, sənaye zonasında "Habsan–Fuceyrə" neft kəməri yerləşir. Həmin kəmər BƏƏ-nin neft ixracının təxminən 50-60 faizini daşıyır və Hörmüz boğazından yan keçərək neftin birbaşa Oman körfəzi üzərindən dünya bazarına çıxarılmasına imkan yaradır.

Ekspertlərin fikrincə, burada mesaj ondan ibarətdir ki, "siz Hörmüz boğazından yan keçə biləcəyinizi düşünsəniz belə, biz sizin ən vacib iqtisadi nöqtələrinizi vurmaq imkanına malikik”. İran hakimiyyəti hücuma görə məsuliyyəti nə təsdiqləyib, nə də təkzib edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə