Modern.az

Türkiyə-Ermənistan sərhədi yaxın vaxtlarda açılmayacaq - RƏSMİ

Türkiyə-Ermənistan sərhədi yaxın vaxtlarda açılmayacaq - RƏSMİ

Aktual

5 May 2026, 15:30

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç sərhədlərin açılması ilə bağlı məsələyə münasibət bildirib.

Modern.az xəbər verir ki, Serdar Kılıç  "Sputnik Armenia"nın sualına cavab olaraq bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı konkret müzakirələr hələ aparılmayıb.

S. Kılıç vurğulayıb ki, sərhəd yalnız müəyyən formal mərhələlər başa çatdıqdan, kommunikasiya məsələləri həll edildikdən və digər texniki-bürokratik prosedurlar tamamlandıqdan sonra açılacaq.

Diplomat əlavə edib ki, Türkiyə bu istiqamətdə siyasi iradəsini hələ 2022-ci ildə ortaya qoyub, lakin sərhədin nə vaxt açılacağını dəqiq demək mümkün deyil. O həmçinin bildirib ki, hazırda bununla bağlı konkret vaxt proqnozu vermək çətindir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!