Modern.az

Sabah 32 dərəcə isti olacaq - HAVA

Sabah 32 dərəcə isti olacaq - HAVA

Təhsil

3 Sentyabr 2013, 12:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 4-də əsasən, gecə və axşam Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı