Modern.az

Direktor məktəb qaydalarını açıqladı: dar geyim, qısa ətək, zinət əşyaları, makiyaj olmaz!

Direktor məktəb qaydalarını açıqladı: dar geyim, qısa ətək, zinət əşyaları, makiyaj olmaz!

Təhsil

Bu gün, 11:09

Nazirlər Kabineti ötən həftə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.

Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.

Modern.az xəbər verir ki, Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət Nazirlər Kabinetinin tələblərindən danışıb.

Direktor bildirib ki, hər bir Azərbaycan vətəndaşı dövlətin qanunlarına və müəyyən etdiyi qaydalara qeyd-şərtsiz əməl etməli, qanunun aliliyinə hörmətlə yanaşmalıdır.

Almaz Həsrət Nazirlər Kabinetinin qərarından irəli gələn məktəb qaydalarına aydınlıq gətirib.

O bildirib ki, Nazirlər Kabinetinin tələblərinə uyğun olaraq məktəblərdə aşağıdakı tələblərə əməl olunmalıdır:

dar geyim, dizdən yuxarı ətək, qeyri-adi saç düzümü və rəngi, parçadan qulaqlıq, saqqal, hündürdaban ayaqqabı, zinət əşyaları, uzun və rəngli dırnaqlar, makiyaj olmaz!

“Gəlin məktəb mühitinin qaydalarına və təhsilə daha diqqətli yanaşaq. Unutmayaq ki, məktəb dövlətin təlimatları və qaydaları ilə idarə olunur və olunmalıdır. ​Qaydalara diqqət edək”, - A.Həsrət bildirib.

Derektor əlavə edib ki, şagirdlər də yalnız məktəbli geyimində olmalıdırlar.

​“Məktəb biliyin və formalaşmanın ocağıdır. Xarici görünüşünüz yox, daxili bilikləriniz daha vacibdir”, - deyə direktor şagirdlərə müraciətlə səslənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı