Modern.az

İki məktəbli qədim soyutma üsulunu ekoloji layihəyə çevirdi

İki məktəbli qədim soyutma üsulunu ekoloji layihəyə çevirdi

Təhsil

Bu gün, 13:12

Maksud Yusuf və Camal Nağızadə adlı Landau School-un 11-ci sinif şagirdləri, Cənubi Azərbaycan ərazisində istifadə olunan qədim soyutma tikililəri — badgirləri əsas götürərək “Eco Catcher” adlı ekoloji layihə hazırlayıblar.
​

Modern.az xəbər verir ki, onlar bu qurğuları müasir və ən əsası, ekoloji cəhətdən təmiz avadanlıqlarla zənginləşdirərək küləyin istiqamətini, sürətini və günəş enerjisini nəzərə almaqla böyük sahəli binaları soyutmağa imkan verən dəqiq hesablamalar aparıblar.

Camal tarixi çox sevir, bu sahəni araşdırır və hüquq fakültəsinə daxil olmağa hazırlaşır; Məqsud isə İT və kibertəhlükəsizlik sahəsində mütəxəssis olmağı planlaşdırır. Bilik və səylərini birləşdirən gənclərin ərsəyə gətirdiyi bu ideya həm enerjiyə qənaət etməyə, həm də atmosferə atılan karbon qazı (CO₂) emissiyasını sıfıra endirməyə imkan verir.

1554581

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı