Modern.az

Azərbaycanda məktəbli formalarının 35 illik tarixçəsi – FOTOLAR 

Azərbaycanda məktəbli formalarının 35 illik tarixçəsi – FOTOLAR 

Təhsil

Bu gün, 11:00

Müstəqilliyin ilk illərində yaşanan iqtisadi çətinliklər fonunda məktəbli forması məcburi geyim atributu olmaqdan çıxaraq bir müddət arxa plana keçdi. Sonrakı illərdə isə təhsilə dövlət qayğısının artması, şagirdlər arasında sosial bərabərliyin təşviqi, rahatlıq və estetik görünüş məsələləri vahid məktəbli forması mövzusunu yenidən gündəmə gətirdi.

Ötən illər ərzində məktəbli formaları yalnız geyim dəyişikliyinin deyil, həm də cəmiyyətin zövqündə, iqtisadi imkanlarında və təhsilə yanaşmasında baş verən dəyişikliklərin göstəricisinə çevrildi.

Bəs Azərbaycan məktəblərində forma ənənəsi hansı mərhələlərdən keçib? 1990-cı illərin sərbəstlik dövründən müasir, rahat və milli elementlərlə zəngin formaların tətbiqinə qədər bu sahədə hansı dəyişikliklər baş verib?

Modern.az 1991-ci ildən indiki dövrə qədər olan formaların keçid dövrünü təqdim edir.

 

 

1991-ci ildə məktəb formaları əsasən sovet dövründən qalma ənənəvi məktəb uniforması idi.

Qızlar qəhvəyi uzunqol, sadə parçadan hazırlanmış don və ağ krujevalı önlük taxılırdı. Ağ yaxalıq və manjetlərdən də istifadə olunurdu. Sinifdən asılı olaraq boyuna qırmızı pioner qalstuku bağlayanlar da var idi. Oğlanlar isə, göy və ya tünd-göy rəngli şalvar və hərbi uniformanı xatırladan pencək yaxud gödəkcə geyinirdilər.

 

1992-ci ildən etibarən isə, məktəblilərin gündəlik mülki geyimlərdə məktəbə gəlməsinə praktiki olaraq icazə verildi, çünki yeni müstəqil dövlətin ilk illərində vahid istehsalat və məcburi qaydalar mövcud deyildi.

Azərbaycanda 2011-ci ilə qədər vahid geyim forması mövcud deyildi. Həmin vaxt ərzində şagirdlərdən  əsasən ağ köynək və qara yaxud tünd göy şalvar və ya ətək tələb olunurdu.
 

2011-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərarı ilə vahid məktəbli forması tətbiq olunmağa başlanmışdır.

I–VI sinif şagirdləri üçün bir növ vahid geyim,VII–XI sinif şagirdləri üçün isə ayrı bir vahid geyim forması müəyyən edilmişdi.

2022-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 96 nömrəli Qərarı əsasında dövlət ümumi təhsil müəssisələrində 4 növ vahid məktəbli geyim forması tətbiq olunur.
 

Artıq yeni məktəb formalarında 4 dəst forma tətbiq olunur. Həmçinin yay-qış olmaqla bölünür.

 

Sovet dövrünün sərt qəliblərindən imtina edərək başlayan bu azadlıq və axtarış mərhələsi, bu gün həm rahatlığı, həm də milli kimliyi özündə birləşdirən müasir standartlara gəlib çıxıb. Müasir məktəbli formaları şagirdlər üçün sadəcə bir geyim deyil. O, bərabərliyin, məktəbə bağlılığın və gələcəyə inamla baxan gəncliyin vizual simvoludur.

Bu gün qəbul edilən qərarlar da məktəblərdə vahid geyim qaydalarının qorunması, dünyəvi təhsil prinsiplərinin möhkəmləndirilməsi və bütün şagirdlər üçün eyni təhsil mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər