Modern.az

Məktəblərdə şagird və müəllimlərin geyimi ilə bağlı monitorinqlər başlayıb

Məktəblərdə şagird və müəllimlərin geyimi ilə bağlı monitorinqlər başlayıb

Təhsil

Bu gün, 14:59

Dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə oktyabrın 12-dən başlanılıb.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinə əməl olunması yoxlanılır.

Eyni zamanda, təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarının icrası vəziyyəti də nəzərdən keçirilir.

Beləliklə, monitorinqlər həm şagirdlər üçün nəzərdə tutulan məktəbli formasının tətbiqini, həm də müəllimlərin geyiminə dair müəyyən edilmiş tələblərin yerinə yetirilməsini əhatə edir.

İdarənin təqdim etdiyi məlumatda monitorinqlərin nə qədər davam edəcəyi və nəticələrinin nə vaxt açıqlanacağı barədə əlavə təfərrüat bildirilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı