Modern.az

Ortaqlığımız xəritələrin cızdığı sərhədlərdən kənardadı - Ərdoğan

Ortaqlığımız xəritələrin cızdığı sərhədlərdən kənardadı - Ərdoğan

Dünya

Bu gün, 14:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyası Gənclər Görüşünə göndərdiyi mesajda türk dövlətləri arasındakı münasibətlərin ortaq tarixə, zəngin mədəniyyətə və güclü mənəvi bağlara əsaslandığını bildirib.

Modern.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ərdoğan bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr İdarəsinin koordinasiyası və Kocaeli Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən “Türk Dünyası Gənclər Görüşü”nə göndərdiyi mesajda ifadə edib.

“Bizim ortaqlığımız xəritələrin cızdığı sərhədlərdən kənardadır. Bizim yol yoldaşlığımız köklü tarix, zəngin mədəniyyət və çox güclü mənəvi bağlar üzərində qurulub”,-deyə Türkiyə Prezidenti vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan hicab mesajı - Bakı hədəfə alındı