Modern.az

ABŞ səfiri YAP rəhbərliyi ilə görüşdü

ABŞ səfiri YAP rəhbərliyi ilə görüşdü

Təhsil

16 Sentyabr 2013, 14:36


Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard MorninQstar ilə partiyanın mənzil qərargahında görüşüb.

Hakim partiyanın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkisi ərəfəsində ümumi ictimai-siyasi vəziyyət və seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ səfirinin müavini Derek Hoqan, səfirliyin siyasət şöbəsinin müdiri xanım Kolin Krenvoliç və səfirin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr iştirak edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı