Modern.az

Ukraynada çevrilişi bu ölkələr edib - Volodin adlar çəkdi

Ukraynada çevrilişi bu ölkələr edib - Volodin adlar çəkdi

Dünya

Bu gün, 09:23

Volodin Ukraynada hakimiyyət dəyişikliyinin arxasında hansı ölkələrin dayandığını açıqladı

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynada neonasistlərin hakimiyyətə gəlməsinin arxasında İngiltərə, Almaniya, Fransa və Polşanın dayandığını iddia edib.

Modern.az xəbər verir ki, Volodin bu barədə “Max” sosial şəbəkəsindəki kanalında yazıb.

O, 2014-cü ildə Ukraynada baş verən hadisələr nəticəsində neonasistlərin hakimiyyətə gəldiyini və bunun qanlı çevriliş olduğunu bildirib.

“Bu gün baş verənlərin hamısı həmin hadisələrin nəticəsidir. Bu qanlı çevrilişin arxasında İngiltərə, Almaniya, Fransa və Polşa dayanırdı”, – deyə Volodin yazıb.

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər