Modern.az

Cəmil Həsənli İbrahimbəyovla Tiflis görüşündən danışdı

Cəmil Həsənli İbrahimbəyovla Tiflis görüşündən danışdı

Təhsil

16 Sentyabr 2013, 14:47


Milli Şuranın vahid namizədi Cəmil Həsənli bu gün Müsavat partiyasının qərargahında mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, Cəmil Həsənli London səfərinə toxunub. O, qeyd edib ki, iki gün intensiv müzakirələr aparılıb. “Müzakirələr zamanı Böyük Britaniya-Azərbaycan münasibətləri barədə fikir mübadiləsi aparıldı. Britaniya Kral İnstitutunda Milli Şuranın təqdimatı oldu. Milli Şuranın vahid namizədinin üzərinə düşən vəzifələr haqqında da söhbətlər aparıldı”

C. Həsənli vurğulayıb ki, Tiflisdə Rüstəm İbrahimbəyovla Milli Şuranın seçki strategiyası barədə müzakirələr keçirib. “Rüstəm İbrahimbəyovun Milli Şuradan istefası və ümumiyyətlə siyasətdən əl çəkməsi ilə bağlı mətbuatda yazılanlar isə əsassızdır”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı