Modern.az

Prezident Ucar və Yevlaxa pul ayırdı

Prezident Ucar və Yevlaxa pul ayırdı

Təhsil

16 Sentyabr 2013, 18:40

Prezident İlham Əliyev Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamı ilə Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Prezidentin digər sərəncamı ilə səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Türkəci-Ənvər Məmmədxanlı-Çiyni-Bərgüşad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4.7 milyon (dörd milyon yeddi yüz min) manatı Ucar Rayon İcra Hakimiyyətinə ayrılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı