Millət vəkili, sabiq prezidentliyə namizəd Zahid Oruc hesab edir ki, Cəmil Həsənliyə ən böyük zərbə və onu zəiflətmə siyasəti özünün təmsil etdiyi qüvvələrdən gəlib
- Zahid bəy, prezidentliyə sabiq namizəd kimi, artıq arxada qalan və tarixə çevrilən 9 oktyabr prezident seçkilərinin yekunlarını necə qiymətləndirir, müxalif qüvvələrin, xüsusilə, Milli Şuranın sərgilədiyi mövqe barədə nə demək istərdiniz?
- 9 oktyabr prezident seçkiləri sübut etdi ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti ötən dövr ərzində seçilmiş kursa etibar edir və inam göstərir. Heç şübhəsiz,artıq xalqın iradəsi məntəqələrdə hüquqi cəhətdən özünü ortaya qoyduğundan bu prosesi tam başa çatmış, bitmiş hesab etmək olar və bu, o, deməkdir ki, millətimiz gələcəyə baxır.Bütövlükdə götürdükdə, bu əksər siyasi mübahisələri həlli deməkdir və Qərb siyasi texnoloqlarının dili ilə söyləsək,intriqalar da başa çatmış oldu. Öz-özlüyündə buradan çıxan ən böyük nəticə ondan ibarətdir ki, yalnız kiçik bir hissə həmin nəticələrin təftişi üzərində mövqe nümayiş etdirir və bu da hansısa pozuntular və digər məqamlardan daha çox, öz mövqelərinin uğur qazanmaması, illərlə davam edən məğlubiyyət seriyasının növbəti bir həlqəsinin ağrıları, həmin cinahda ön cəbhədə dayananların yerini başqalarına vermək məcburiyyəti və başqa amillərdir.
Düşünürəm ki, bizim üçün çıxaracağımız başlıca qənaət ondan ibarətdir ki, ölkə rəhbəri əhalinin bütün kateqoriyalarının maraq və mənafelərinin uzlaşdırmaq bacarığını məharətlə ortaya qoydu. Konkret olaraq, ölkənin aztəminatlı hissəsi sabitlik və əmin-amanlıq tərəfində idisə, iqtisadi sahibkarlıq subyektləri də hər hansı problemlərinə rəğmən yenə çox böyük ümidlə sabaha baxırlarsa və ötən dövr ərzində görülmüş işlərə dəyər verirlərsə, həmçinin, dövlət sistemində çalışanlar bu illər ərzində Azərbaycanın uğurlarını qiymətləndirərək, buna müvafiq addımlar atırsa, bu, o, anlama gəlirdi ki, İlham Əliyev birləşdirici şəxsiyyətdir və milli birliyin yeganə təminatçısıdır.Başqa bir qüvvə haqqında bunları söyləmək olmaz.
Əhali həqiqətən də müxtəlif seqmentlərdən, ayrı-ayrı sosial-siyasi baxışların məcmusundan ibarətdir. Hətta, bu dönəmdə hakimiyyətlə münasibətləri birmənalı olmayan insanlar da əgər İlham Əliyevin liderlik keyfiyyətini və Azərbaycanın qarşısında duran vəzifələri uğurla reallaşdırmaq bacarığını etiraf etdisə, bu, o, anlama gəlir ki, onun dövlət başçısı kimi obrazı konkret bir partiyaya mənsubluq, hökumətin və ali icra orqanının rəhbəri olmaq çərçivəsindən çox-çox kənara çıxır və milli miqyasına görən həqiqi mənada aparıcı bir simadır...
- Yeri gəlmişkən, sabiqlərin, yəni, müəyyən vaxtlarda və məqamlarda bu iqtidarla “ulduzları” bir o qədər barışmayan şəxslərin İ.Əliyevlə bağlı seçim etmələrinə necə baxırsınız?
- Yerində olan bir sualdır.Məsələn, ötən illər ərzində Ayaz Mütəllibov kimi ölkənin keçmişində yer tutmuş və çox böyük hadisələrdə adı keçən bir insanın səsvermədə məhz hansı reallıqları qiymətləndirməsi və qətiləşdirməsi heç də ona Azərbaycana qatıdışa verilən razılıq və aldığı statusa cavab reaksiyası deyildi.A.Mütıllibov belə keçmişdə ölkədəki durumla heç bir müqayisə gəlməyən yeni Azərbaycanın qurucusuna qisas, yaxud, mühacirət illərinin ağrı hissləri ilə deyil, sadə vətəndaş yanaşması ilə qərar verməyə məhkum idi.Yaxud, bəlli cinayətii ucbatından həbsxana ömrü yaşayan Fərhad Əliyev kimi insanın da seçimini başqa qüvvəyə, şəxsi incikliyində və ya, az qala ciddi müxalif mövqeyində olduğu dairələrə deyil, məhz İlham Əliyevə bildirməsi sübut etdi ki, burada artıq bir sıra məsələlərdə intriqalara və kəskin ayrı- seçkiliklərə yer qalmır.
Bu, o, deməkdir ki, təkcə hansısa fəal iqtisadi mənafe qrupları, hər hansı regional mənsubiyyyətli ictimai hərəkatlar yox,əhalinin bütün milli-etnik tərkibi, o cümlədən, onun başqa xarakterli sosial coğrafiyası da İlham Əliyevin çevrəsində, onun arxasında dayanmaqdadır. Hakim partiyanın sıralarında cəmləşən insanlardan daha çox, milyonlarla insanın lideri kimi İlham Əliyevə öz münasibətini göstərməsi sübut edir ki, o, məhz ümumxalq başçısıdır. Bu, o, deməkdir ki, sadəcə, 51-faizlə deyil, daha çox insanın səsini qazanmaqla cənab İlham Əliyev bundan sonrakı dönəmdə qarşıya qoyduğu daha böyük vəzifələrə nail olmaq üçün mühüm bir bazis əldə edib. Komandadakı hər hansı bir şəxs, ya da başqa bir ictimai-siyasi narazı qrup belə İlham Əliyevin bundan sonrakı addımları qarşısında duruş gətirə bilməz. Çünki onun söykəndiyi dayaq həddən artıq böyükdür və islahatların davamlılığı üçün bu, çox önəmlidir. Adətən hər bir yenilik müxtəlif ağrılarla müşaiyət olunur və bir sıra hallarda ciddi müqavimətlə qarşılaşır...
- Məsələn?
- Məsələn, ABŞ prezidenti Niksonun hakimiyyəti zamanında o iri burjuaziya ilə xırda sahibkarlar arasında müxtəlif manevrlər etməyə məcbur olurdu. Çünki hər ikisi böyük bir qüvvə sayılırdı. Başqa ölkələrin də həyatından misal çəkmək olar. Ancaq zənn edirəm ki, cənab Prezidentin xalqa dayanaraq irəliyə doğru daha mühüm addımlar atması onu hər cür itaətsizlikdən, yaxud da ki, ayrı-ayrı qüvvələri bu siyasəti əngəlləmək gücündən məhrum edir. Başqa bir amilə də diqqəti cəlb etmək istəyirəm. Bu da ondan ibarətdir ki, İlham Əliyevin çox böyük faizlə seçilməsi onun 3-cü prezidentlik dönəminə qarşı olanların da iç üzünü açdı.Az qala hansısa ölkələrin həyatından, praktikasından misal göstərənlər, guya ki, sərt hüquq müstəvisində olanların açıq-aşkar xalqın iradəsinə qarşı olduqları göründü.Belə ki,millətimizi daha başqa təmsilçilərin-nisbətən zəif şəxslərin üzərində dayanmağa vadar edirdilər - guya bununla ölkəmizi daha demokratik göstərəcək və zəf prezidenlə bizi dünyaya fərli statusda təqdim edəcəkdilər.
Halbuki, müxtəlif ölkələrin siyasi sistemləri fərqlidir.Biz məhdudiyyət normasını dünyaya gətirmiş ABŞ-da sırf ədalətlilik,yaxud başqalarına şans vermək amilindən irəli gəlmədiyini çox yaxşı bilirik.Ruzveltdən sonra 1951-ci ildə ABŞ-da tətbiq olunan bu norma haqda cəmiyyətə dəfələrlə məlumatlar verimişik.Hamı bilir ki,4 dəfə prezident seçilən bu tarixi simanın ölkəsinə rəhbərliyi dünyəvi uğurlarla doludur və məhz bu səbəbdən onu Amerikaya rəhbərlik illəri "qızıl dövr" kimi xarakterizə olunur. O cümlədən, Fransada yalnız 2007-ci ildə bu norma tətbiq olunmağa başlandı. Sual olunur,bəşəriyyətə respublika ideyalarını və hakimiyyət bölgüsü prinsiplərini təqdim edən bir ölkə 21-ci əsrə qədər məgər demokratik sayılmırdı?
Yəni, Qərb ölkələrinin üsul-idarələrindən asılı olaraq onlarda on dəfələrlə baş nazir seçilən şəxslər var, yaxud da ki, olsun, prezidentlik üsul-idarəsinə dayanan ABŞ-da ata və oğul Buşlar 3 dönəm prezidentliklərini həyata keçirdilər. Nəzərə alın ki, 310 milyona yaxın əhalinin içərisindən seçilən bu şəxslər sübut edir ki, maraqları tələb edəndə onlar nə sivillilikdən danışmağa meyllidirlər, nə da başqa məsələlərdən. Mən baş nazir məsələsini ona görə vurğulayıram ki, İtaliyada Culio Andriotti 7 dəfədən artıq bu ölkənin hökumətinə başçılıq etmişdi. Yaxud da ki, qardaş Türkiyədə Süleyman Dəmirəl 5 dəfə baş nazir olmuş, eyni zamanda, 7 illik dönəm üçün prezident də seçilmişdi. Eynilə federal kansler Helmut Kol haqqında da bu fikirləri söyləmək olar.
Ona görə demək istəyirəm ki, bu məsələ ilə bağlı Konstitusiyada hansısa normaları tələb edən barmaqla sayılacaq o qüvvələr nəyi təlqin edirdilər? Deyirdilər ki, xalq öz iradəsini hansısa sənədlərdən aşağı qoymaqla seçiminə, gələcəyinə münasibətini bildirməməlidir, yalnız ona görə ki, kimsə zəif prezidentlik institutunun bərqərar olmasında maraqlıdır.Lakin ölkənin gerçəklikləri, onun qarşısında duran böyük vəzifələri zəruri edirdi ki, məhz bu kurs uğurla davam etsin və o, şəxsin ifasında, o şəxsin liderliyi altındakı, o, doğrudan da bunu ən layiqli şəkildə yerinə yetirməyi bacarır. Hazırkı dönəmdə isə bütün diqqətlər əslində cənab Prezidentin təbrik nitqində qeyd olunduğu kimi, daha böyük azadlığa, daha böyük müstəqilliyə, həm də bu başladılmış prosesin uğurla davamına, müxtəlif sahələrdə problemlərin aradan qaldırılmasına, şəffaf idarəçiliyin təmin olunmasına, əliəyrilik və rüşvətxorluq hallarına son qoyulmasına yönəldiləcək. Ona görə biz bu məsələdə seçkilərin hüquqi-siyasi nəticəsini belə təsvir etməliyik...
-İlk sualımızın davamı olaraq soruşmaq istəyirik, narazılar və onların arqumentləri barədə bəs nə deyərdiniz?
-Bilirsiniz, seçkilərin başqa bir nəticəsi də siyasi sistemi təşkil edən digər qüvvələr və marafonda iştirak edən, daha artıq dərəcədə narazıların namizədi kimi özünü təqdim edən, lakin heç bir platforma ortaya qoya bilməyən qüvvələr arasında idi. İlk öncə deyim ki, onların namizəd seriyaları seçki gününə yalnız 36 gün qalmış mümkünləşə bildi. Bu zamana qədər onlar daxili intriqalar içərisində elə boğulurdular ki, hətta, idman dili ilə desək əsas yarışa sırf prosedur baxımından qoşula bilməmək və texniki məğlubiyyətə uğramaq təhlükəsi qarşısındaydılar.Lakin nə yaxşı ki, hüquqi və siyasi cəhətdən tamamilə tərksilah edldilər.Onların belə pərakəndə vəziyyətində hakimiyyət əleyhinə bir plastdarm təşkil etmək üçün seçdikləri bütün variantlar iflasa uğramışdı. Əslində dava təkcə iqtidar əleyhinə müəyyən bir inteqrasiya təşkil etməklə bitmirdi. Hamıya aydın idi ki, ənənəvi qüvvələr içərisində elə barışmazlıqlar var ki, bunu nə Rüstəm İbrahimbəyov, nə Cəmil Həsənli ortadan qaldırmaq gücündə deyildi və biz ona görə obrazlı şəkildə deyirdik ki, Qarabağ problemi Milli Şuranın daxili münaqişələrinin yanında daha tez həll olunanıdır.
Belə ki, İsa Qəmbərlə Əli Kərimli arasındakı məsələni bu günlərdə Cəmil Həsənlinin də həll edə bilmədiyi tam məlum oldu. Onların düyünlədikləri yumruqlar nə birliyi və vahidliyi deyil,bir-birinin başına vurulan zərbələri ifadə edir. Bu üzdən açığı, Cəmil Həsənliyə ən böyük zərbə və onu zəiflətmə siyasəti özünün təmsil etdiyi qüvvələrdən gəlirdi.Üstəlik bu adam son 13 ildə özünün siyasi tərcümeyi-halında sürüşkənlik,simasızlıq və riyakarlıqla geniş xalq kütlələrinin inamını qazana bilməzdi. Sadə vətəndaşların nəzərində sabit bir mövqeyi ilə seçilməyən şəxs liderlik statusuna yüksələ bilməz. Sadəcə, onun çıxışlarında ekran effektinə hesablanmış ritorika vardı... Mənim həmin debatlarda söylədiyim kimi, bu da qədim yezuitilərin prinsipindən irəli gələn bir mövqedir ki, çamur at, ləkə yağdır və yapışmasa da, izi qalacaq...
Onun günlər ərzində ölkə rəhbərinin ünvanına etdiyi hücumlar seçkilərin nəticələrində öz cavabını tapdı. Bunu hər kəs bilsin ki, bu adamın gətirdiyi vərəqələr və "ittiam dosyeləri" kompüterdən çox pis bir vəziyyətdə çıxarılmış kserosurətlər idi. Onun iddia etdiyi Vircin adaları, bank sənədləri keyfiyyətsiz şəkildə təşkil edilmiş işlərdən ibarətdir.Xəritədə həmin adaların yerinə belə göstərə bilməyən bu adam saxta obraz sərgiləməklə ,özünü bilgili göstərmək istəyirdi. Onun çevrəsi C. Həsənlidən nə qədər mükəmməl şəxs düzəlmək istəsə də, yenə də bu onun ifasında və portetində alınmır. C. Həsənli konkret olaraq heç bir liderlik bacarığı və quruculuq qabiliyyəti olmayan, bütün siaysi prinsiplərin üzərindən xətt çəkən və şəxsi mənafeyini üstün tutan bir adamdır. Bunun əksini sübut etmək üçün açıq şəkildə söylədim ki, ölkə başçısının ona verdiyi mənzildən imtina etsin. Təbii ki, o buna qadir deyil və nə o mülkdən,nə də Fərhad Əliyevin vasitəsi ilə əldə etdiyi zirzəmisindən əl çəkmək cəsarətində buluna bilməz.
Uca millətdən danışan bu adamın Fərhad Əliyevi sırf maliyyə və yerliçilik baxımından müdafiə etdiyiə heç kəsdə şübhə yeri qalmayıb.Ona görə də mən belə hesab edirəm ki, əslində onun yanında olan və onu irəliyə itəliyən bu qüvvələr C.Həsənlidən "inqilab qurbanı" yaratmaq istəyirdilər və hələ də bu proses davam edir. Bir-iki görüşə gedib guya ki, Avropadan Azərbaycan xalqının iradəsini təftişlə qayıdacağı barədə bəyanatlarını təşkil edənlər də məhz onlardır. Hara qədər onu istifadə edəcəklər, bu, yaxın zamanlarda görünəcək. Amma Cəmil Həsənli sübut etdi ki, o, tamamilə reallıq hissini itirib və artıq situasiyaya adekvat reaksiya verə bilmir.Onlar anlamaq istəmirlər ki, məntəqələrə gələn milyonlarla insan öz səsini cənab İlham Əliyevə verib. Buna görə də düşünürəm ki, Milli Şuranın dağıılmasıını ört basdır etmək üçün C.Həsənlinin başçılığı altında guya ki, yeni bir qurum meydana çıxaracaqlar. Ancaq büsbütün bunlar İsa Qəmbərin başqanlıqdan getməsinin qarşısını almaq layihəsi olacaq. Əli Kərimiliyə Elçibəydən miras qalan və əslində isə həqiqi AXCP olmayan partiyasında məhdud şəxslər üzərində hakimiyyətini qoruması planı seçkilərin nəticəsinə narazılıq adı ilə pərdələnəcək. Beləliklə də, siyasi mübarizə onların timsalında marginallaşacaq.
İlkin olaraq düşünürəm ki, Cəmil Həsənlinin bacara bilməyəcəyi vəzifələrlə yüklənməsi halında onun fiziki durumu bir az da ağırlaşacaq. Efirə qoltuğunda bir su butılkası ilə gəlməsi və guya zəhərləməkdən özünü bu yolla qoruması ilə ağır siyasi-fiziki xəstəliklərini gizlətməyə çalışması ucuz teatr səhnəsini xatıladırdı.Biz bunu siyasi arqumentə çevirmirik. Təbii ki,hamımız xəstələnə bilərik , ancaq özlərini bu cür keyfiyyətdə qələmə verənlər Cəmil Həsənlidən rus, ingilis dilini bilən, Harvard səviyyəli böyük bir alim obrazını yaradanlar böyük bir saxtakarlıq edirlər. Cəmil Həsənli rus dilində 0,5 faiz bilir, ingilis dilində isə maksimum 3 söz tələffüz edə bilər. Bunu ona yaxından bələd olan şəxs kimi deyirəm ki, onun obrazına vurulan ştrixlər başqa maraqla edilir və bu müxalif qələmlərin uydurmasıdır...
- Beynəlxalq reaksiyalar necə, adekvat oldumu?
- Beynəlxalq reaksiyaların içərisində əksər mövqelərin Azərbaycanda keçirilən seçkilərin demokratik və ədalətli sayılması heç bir halda yalnız bir xarici qurumun rəyindən asılı ola bilməz.Ona görə ATƏT DTİHB-in avantürist rəyi uzun müddətli müşahidələrin nəticəsi deyil. Aparıları qeydlərin 320 nəfər səviyyəsində olduğunu söyləyənlər öz hesabatlarında göstərdikləri kimi heç 58 faiz məntəqələri əhatə edə bilmədilər. Bizə bəlli idi ki, bu dairələr Azərbaycanı Ermənistanla eyniləşdirmək, yəni, Azərbaycandakı prosesin yekununu bu formada vurmağa çalışırdılar.Gözləyirdilər ki,siyasi dözüm seçkilərdə azalaraq elə bir həddə çatacaq ki, hakimiyyət hər hansı rəqibinə qarşı fiziki güc tətbiq edəcək,yaxud, ictimai toqquşmalar vasitsilə qan töküləcək. Payrur Ayrikyanın reanimasiya palatasına göndərilməsi hadisəsini Azərbaycan variantını əldə etmək mümkün olmadı.Xatırlayırsınızsa,Avropa Birliyi seçkilərdən öncə Cənubi Qafqaz ölkələrinlə bağlı demokratiya testi tətbiq edəcəyinin anonsunu vermişdi...
Onların nəzərində təhlükə bundaydı ki,ölkəmizin əldə edəcəyi uğurlar, alacağı qiymət onu Ermənistanın üzərində daha çox qaldıracaq və bu ərazi bütüövlüyünün təminatına səbəb olacaq. Ona görə seçki vasitəsilə bizi təzyiq altında saxlamaq istəyirlər. Düşünürlər ki, bu gözüqıpıqlıqla guya bu demokratiya müfəttişləri bizə dərs verəcəklər... Amerika əvvəlcə Rusiya ilə soyuq münasibətləri hədəf edib dövlətlə yumşaq xəttə üstünlük verirdi.Putin gəlişindən sonra vəziyyət dəyişdi.İndi okeanından o tayından seçki bəyanatlarını verən Birləşmiş Ştatların təmsilçiləri görünür, kəşfiyyat məlumatlarına dayanaraq Putin-İlham Əliyev görüşünün məxfi təfərrüatlarından narahatlıqlarını biruzə verirlər.
Deməli səbəb demokratiya deyil,geosiyasətdir.Qərb narahatdır ki.Azərbaycan 2014-cü ildə tamamilə Rusiyanın nüfuz dairəsinə daxil olar və Avropanı maraqlarını sıxışdırıb çıxarar. Halbuki, biz heç zaman Qərbi heç vaxt neft-qazla, yaxud, geopoltik reverenslala təhdid etməmişik. Bizə bəllidir ki,qısa zamandan sonra həmin dairələr gəlib cənab İlham Əliyevlə regionun taleyinə dair danışıqlara başlayacaqlar. Ona görə Amerikada gözləyirlər ki,seçkilərdən sonrakı güclənmiş Azərbaycan Qərbə arxa çevirər və neft müqavilələrinə yenidən baxar.Bu təxəyyülün heç bir fundamental əsası yoxdur. Biz Avrointeqrasiyanı zorla və diqtə altında seçməmişik. Başqa tərəfdən seçki qiymətimizi yüksəltmək üçün İran və Rusiya ilə yaxışnlaşma xəttini qabardıb Qərbi şantaj da edəsi deyilik.
Azərbaycan bütün beynəlxalq dairələri əmin edir ki,regional siyasi konfiqurasiya saxlanacaq. Çünki bu ilk növbədə xalqımızın maraqlarına cavab verən arxitekturadır. Ona görə bilin ki, vaxtilə Steynar Gilin missitasını musiqi yarımasında üzərinə götürən Almaniya mediasını bu gün əvəz edən ATƏT bürosu xarici mənafe qruplarının və kəşfiyyat dairələrinin sözçüsündən başqa bir vasitə deyil. Lakin Azərbaycanı təzyiq vasitəsilə qazanmaq 90-cı illərin layihəsi kimi artıq geridə qalıb.
Modern.az