Modern.az

Abituriyentlərin ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

Abituriyentlərin ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

Təhsil

3 Avqust 2010, 16:33

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəmiş abituriyentlərin ixtisas seçimi 03 avqust 2010-cu il saat 14:00-da başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, ixtisas seçimi iyulun 25-dən internet vasitəsilə aparılırdı və müsabiqədə iştirak hüququ olan abituriyentlərdən 32241 nəfəri “Elktron ixtisas seçimi ərzəsi”ni təsdiq edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!