Modern.az

Kanadalı parlamentar Azərbaycana gəlib - FOTOLAR

Kanadalı parlamentar Azərbaycana gəlib - FOTOLAR

Diaspor

12 Sentyabr 2023, 18:00

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycana səfər edən Kanada nümayəndə heyəti ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva iştirak ediblər.

 

Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluq duyduğunu vurğulayan Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. Kanadada yaşayan soydaşlarımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyata sıx inteqrasiyasını yüksək qiymətləndirib. Ontario və Kanada parlamentarları ilə Azərbaycan icması arasında əməkdaşlıq əlaqələrinin qurulmasında Çandra Arya kimi deputatların böyük rol oynadığını nəzərə çatdırıb. Torontodakı Azərbaycan Evini ziyarət etdiyi üçün Çandra Aryaya ayrıca təşəkkürünü bildirib.

 

Səmimi qəbul üçün minnətdarlıqlarını bildirən qonaqlar Komitənin fəaliyyətini müsbət qiymətləndiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Qonaqlar eyni zamanda Diaspor TV və Diaspor FM-in fəaliyyəti ilə də tanış olublar.

 

Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.

 

Xatırladaq ki, 2022-ci ildə 28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Ontario vilayətinin Hamilton şəhər meriyasının binası üzərində, 9 Noyabr – Dövlət Bayrağı Günü və 2023-cü ildə  28 May – Müstəqillik Günü münasibətilə Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə Azərbaycanın üçrəngli bayrağının qaldırılması mərasimləri keçirilib. Bundan başqa, cari ilin iyun ayında Kanada parlamentində “Azərbaycan İrsi Günü” baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi