Rəsmi Seul 2018-ci ilin axırlarına qədər Şimali Koreya ilə müharibəyə kimi son qoymaq istəyir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Kan Qön Xva bəyan edib.
Lakin bunun üçün Cənubi Koreya həm Şimali Koreya, həm də ABŞ-la danışıqlar aparmalıdır:
“Düşünürəm ki, biz ABŞ və Şimali Koreya ilə məsləhətləşib, müsbət nəticə əldə etməliyik. Amma Cənubi Koreya müharibənin sona çatması vaxtı və formatı barədə qərarlıdır” – nazir bildirib.
Qeyd edək ki, Şimali Koreya lideri və Koreya Respublikası prezidenti apreldə ilk görüşləri zamanı birlikdə deklarasiya imzalayıblar. Həmin deklarasiyanın bəndlərindən biri 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin izalanmasıdır.
Əvəz ZEYNALOV