2018-ci ildə Ermənistanda törədilən cinayətlərin sayı kəskin artıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Artur Davtyanın hesabatında deyilir.
Onun sözlərinə görə, ölkədə 22551 cinayət faktı qeydə alınıb. Bu isə ötən illə müqayisədə 11,2% artım deməkdir.