Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə PKK terrorçularının törətdiyi terror hadisəsinə münasibət bildirib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan mülki şəxsləri hədəf alan terror hücumunu törədən PKK üzvlərinin tutulması üçün lazımi bütün vasitələrdən istifadə olunacağını bildirib.
Qeyd edək ki, Türkiyədə törədilən terror aktına prezident Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.