"Rusiya İŞİD lideri Əbubəkr Bağdadiyə qarşı təşkil edilən əməliyyatda iştirak etməyib. ABŞ təyyarələrinə Rusiya tərəfindən aviadəstək verilməyib".
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirliyin verdiyi məlumata görə, ABŞ-ın Bağdadi əməliyyatı ilə bağlı suallar və şübhələr var.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Bağdadiyə qarşı əməliyyatın Rusiya, Türkiyə və İraq hərbi qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini açıqlamışdı.