Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan ordusunun yaranmasının 28 illiyi ilə bağlı tədbirlərə qatılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, təmas xəttindəki vəziyyətin sabit olduğunu deyib.
“Azərbaycan-Ermənistan sərhədində və Qarabağda nisbi sakitlikdir”.
Orduda son baş verən silahlı insidentləri də xatırlayan Tonoyan hər faktla bağlı xüsusi araşdırma aparıldığını əlavə edib.
“İstənilən insidentlə bağlı araşdırma aparılır. Mən və Baş Qərargah rəisi komandirlərə töhmət verə bilərik. Amma faktla bağlı cinayət işinin açılması istintaqın cavablandıracağı sualdır”.
Xatırladaq ki, yanvarın 24-də Qarabağda 2 erməni əsgəri daxili insident zamanı yaralanıb.