Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 938 nəfər artaraq, ümumilikdə 7097 nəfərə çatıb.
Qeyd edək ki, Böyük Britaniyada indiyədək 60 733 nəfər koronavirusa yoluxub.