Hindistanda koronavirusa (COVID-19) yoluxmalar son günlər daha da artmaqdadır.
Modern.az-ın məlumatına görə, təkcə ötən sutka bu ölkədə 4 353 nəfərdə infeksiya aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 67 161-ə yüksəlib.
Ötən gün Hindistanda virusdan ölənlərn sayı isə daha 111 nəfər artaraq, 2 212-yə çatıb.
Qeyd edək ki, Hindistan pandemiyaya yoluxma sayına görə hazırda dünya ölkələri üzrə 14-cü sırada qərarlaşıb.
T.İSMAYIL