Fransanın sabiq prezidenti Nikolya Sarkozini Paris məhkəməsinin hökmü ilə 3 il müddətinə həbs edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozi korrupsiyada təqsirli bilinib.
Cəza müddətinin 2 ili şərti təyin edilib. Yəni Sarkozi cəzasının 1 ilini həbsxanada, qalan 2 ilini isə şərti olaraq çəkəcək.
Nikolya Sarkozinin adı real həbs müddəti almış ilk eks-prezident kimi Fransa tarixinə düşüb.