Modern.az

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi Qarabağla bağlı hesabat HAZIRLAYIB

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəisi Qarabağla bağlı hesabat HAZIRLAYIB

Dünya

12 Aprel 2021, 11:31

Gürcüstan parlamentində bu gün Qarabağda hərbi əməliyyatların yekununa həsr olunmuş iclas keçirəcək.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, iclasda müdafiə və təhlükəsizlik komitəsinin deputatları iştirak edəcək.

Ölkənin Kəşfiyyat Xidmətinin rəisi Şalva Lomidze iclasda Qarabağ döyüşləri və regionda yeni yaranmış situasiya ilə bağlı hesabat verəcək.

 

İclasın qapalı keçirilməsi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!