Afrikada yerləşən Mali ölkəsinin sakini 25 yaşlı Halima Sisse bir doğuşda 9 körpə - 5 qız və 4 oğlan uşağı dünyaya gətirib.
Modern.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.
Malinin Səhiyyə Nazirliyi ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Məlumata görə, ana və körpələrin vəziyyətini ölkə prezidenti Ba Ndau nəzarətə götürüb.