Rusiyanın “Qazprom” şirkəti Avropa ölkələrinə satdığı qazın qiymətində endirim edib.
Modern.az-ın məlumatına görə, “Qazprom” Avropa və Türkiyədəki müştərilərinin qiymətdən narazılığını nəzərə alaraq, 2013-cü il üçün qiymətlərdə 10% endirim etdiyini açıqlayıb. Avropa və Türkiyə 2013-cü ildə 1000 m3 təbii qaz üçün 415 dollar əvəzinə 370 dollar ödəyəcək. “Qazprom” qiymət endirimindən itirdiklərini daha çox qaz satmaqla kompensasiya etməyi planlaşdırır.
Qeyd edək ki, bu qərar Rusiya prezidenti Vladimir Putinin dekabrın 21-də Brüsseldə Avropa Birliyi-Rusiya zirvə toplantısına qatılmasından 48 saat öncə verilib.
Sevinc İltifatqızı