“İranda korrupsiya ilə mübarizə aparmaq üçün qurumlar var. Ancaq hələ ki, ölkədə korrupsiya ilə mübarizə üçün konkret sistem mövcud deyil və ya işin nəticəsi görünmür”. Modern.az “Fars” Agentliyinə istinadən bildirir ki, bu sözləri İran parlamentnin spiker Əli Laricani ölkədə iqtisadi cinayətlərlə mübarizə ilə bağlı danışarkən bildirib.
Laricaninin “cinayətlərlə mübarizə üçün xüsusi qurum lazımdırmı? ” sualına cavabı birmənalı olmayıb.
“Gərək araşdırma aparaq ki, mövcud strukturlar belə cinayətlərlə mübarizədə kifayət edirmi? Bundan sonra yeni qurumların yaradılmasına ehtiyac olub-olmadığını müəyyənləşdirmək olar”-deyə spiker bildirib.
Laricaninin sözlərinə görə, “ağır cinayətlərin bir hissəsi olan korrupsiya ilə mübarizə üçün mexanizm yaradılıb”.
Modern.az