Modern.az

Rişi Sunak Qaribaşviliyə məktub YAZDI

Rişi Sunak Qaribaşviliyə məktub YAZDI

Dünya

25 Noyabr 2022, 00:50

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə məktub ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktub iki ölkə arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

 

Sunak qeyd edib ki, Britaniya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, Rusiyanı Abxaziya və Cənubi Osetiya regionlarından çəkilməyə, qondarma respublikaların müstəqilliyinin tanınmasını geri götürməyə və humanitar yardıma maneəsiz çıxışı təmin etməyə çağırmağa davam edir.

 

Bundan əlavə, Britaniyanın hökumət başçısı Gürcüstanın Ukraynaya dəstəyini alqışlayıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu