Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, səfər Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında həyata keçiriləcək.
Səfər çərçivəsində tərəflər arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.